Bir millət, iki dövlət, bir yumruq!

Bir millət, iki dövlət, bir yumruq!

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu göstərən 'Biz bir millət, iki dövlətik' Qazi Mustafa Kamal Atatürkün ”Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim k

Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin təməlində çoxəsrlik milli birlik, xalqların qardaşlığı prinsipi dayansa da, əlaqələrin hazırki səviyyəyə qalxmasında liderlərin uğurla strategiyası böyük rol oynayıb. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinin təntənəsinə çevrilən bu münasibətlər cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın prezidentlik dövründə də sürətlə inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri hər iki ölkə arasında dostluq bağlarının daha da möhkəmlənməsinə, xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir.

Əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan ilə Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. İstər ikitərəfli, istərsə də çoxşaxəli beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini yaradan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun inkişafına da mühüm töhfələr verir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.Azərbaycanın və Türkiyənin birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən digər xalqlar da faydalanır. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğan arasında dostluq münasibətləri iki ölkəni müttəfiqlik zirvəsinə daşıyıb. Belə ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb.

Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. Qarabağın işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsində də Türkiyə 'bir millət, iki dövlət' prinsipinə uyğun davranaraq Azərbaycana dəstək oldu. Türkiyənin göstərdiyi böyük siyasi və mənəvi dəstək nəticəsində Azərbaycan torpaqlarını işğalçılardan azad etdi. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Belə ki, hələ müharibənin başlanmasının ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq-aydın və birmənalı dəstəyini ifadə etməsi xarici qüvvələri də müdaxilədən çəkindirdi. Bu 44 gün müddətində qardaş Türkiyə hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Zəfər paradında iki qardaş ölkənin liderlərinin tarixi çıxışı qələbəmizin möhtəşəmliyini bir daha dünyaya bəyan etdi.15 iyun 2021-ci ildə 'Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında' Şuşa Bəyannaməsi imzalandı. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib amildir.Xüsusi vurğulamaq lazımdır ki, bu il fevralın 6-da Türkiyənin cənubunda baş verən 7.9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ölkəmizdə dərin hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduq. Çünki oradakı canlar bizim öz canlarımız idi. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu. Ölkə başçısı cənab İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsi oldu. Ortaq dəyərlərimiz, tarixi köklərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Məhz bu sarsılmaz, əbədi və əzəli birliyimizin gücü ilə də bütün çətinliklərin, problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik.

Bu il aprelin 29-da Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalında iştirak etdilər. Qeyd edək ki, bu festival ötən il Bakıda keçirildi və Türkiyə ilə Azərbaycan rəhbərləri paytaxtımızda keçirilən festivalda birlikdə çıxış etdilər. TEKNOFEST-in Türkiyədən kənarda ilk olaraq ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə daim birlikdədir və bu qardaşlıq daim belə davam edəcək. Beləliklə, Ulu öndər Heydər Əliyevin 'Bir millət, iki dövlət' konsepsiyası cənab İlham Əliyev tərəfindən 'Bir millət, iki dövlət, bir yumruq' olaraq uğurla davam etdirilir. 

Sahib Şəmizadə
180 nömrəli tam orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü, ictimai-siyasi fəal.



KUANTUM BİLGİSAYAR GELİYOR: TÜM ŞİFRELER RİSK ALTINDA

Dijital Varoluşunuz Siber Güvenlik Becerinize Bağlı

İlk 1994 Yılında Başlayan Türksat Serisinin Son Halkası TÜRKSAT 5B Uzaya Fırlatıldı, Erdoğan Açıklama Yaptı

ALFA KUŞAGI, TERCİHİNİ INSTAGRAM'DAN YANA KULLANDI

BİP Üyeleri 24 Saatte 1 Milyon 124 Bin Yeni Kullanıcı

En Çok Kullanıcıya Sahip Uygulama 2,7 Milyar İle Facebook Oldu

Google, Gmail ve Youtube Çöktü mü?

MHP'li Karadağ: Öğretmenin ücretlisi, sözleşmelisi olmaz; öğretmen kadrolu olmalıdır

Facebook'un Bünyesinde Bulunan Mesajlaşma Uygulaması Whatsapp Güncelleme Kararı

Son 3 Yıldır En Büyük Patlama

Başarıya Ödül: MEB Öğretmenler İçin İkramiye Kriterlerini Açıkladı!

MEB’den öğretmenlere uyarı! Yanlış dolduranlara yasal işlem uygulanacak

Okullara yeni sistem yolda öğrencilerin ve öğretmenlerin kullanımına sunulacak imzalar atıldı

MEB Ortaöğretim Kurumları Yönetmeliğinde Değişiklik

Bir millət, iki dövlət, bir yumruq!

Nisan savaşları, Zafer tarihimizin başlangıcıdır!

ABD Çin Casus Balonunu neden vurmadı

Dünya Medya Kongresi BAE'nin başkenti Abu Dhabi'de başladı

Anayasa Mahkemesinin Milli Eğitim Bakanlığı ve 3 Sendikayı Dinleyeceği Tarih Belli oldu

ABD'nin New York eyaletinde çocuk felci alarmı,New York'ta bir ay süreyle olağanüstü hal ilan edildi

MEB’den 81 ilden farklı branşlarda öğretmenlere yeni eğitim

Öğretmenler yaz tatilinde eğitime alınıyor, öğretmenlere akademi eğitimi başlıyor

Başöğretmen Maaşlarına Yeni Zam Geliyor! Beklenen Zam Oranları ve Başöğretmen Maaşları

Öğretmenlerin yüzünü güldürecek maaş promosyonu anlaşması

Öğretmenlere MEB’den Sene Sonu Görevi

MEB'den Yaz Tatili Sürprizi Mi Geliyor? 2025-2026 Eğitim Takvimi Yayımlandı Ama Değişiklik Kapıda!

MEB'den Yeni Akademi Hamlesi: Uzman Öğretmen ve Başöğretmenlere Ders Saati Ücreti Belli Oldu!

Öğretmen Maaşla Ödüllendirme Şartları Değişti, Ortaya Yeni Bir Problem Çıktı

Öğretmen Ek Ders Ücretlerine Yeni Artış Geliyor

Öğretmenler 87.000 TL alacak! Memur Sen açıkladı

Temmuz zamlı memur maaş tablosu, emekli aylıkları ve yeni zamlar

TÜİK 2025 Mart Ayı Enflasyon Verilerini Açıkladı: Aylık %2,46

Memur maaşına ek zam kesinleşti, 2025 temmuzda maaş zammı %10’a yaklaştı

Memur maaş zammı TÜİK verileri ile yok oldu

Memur Maaşlarına Ocak Ayı İtibarıyla Enflasyon Zam Farkı Oluştu

LiyakatSen-ArGe: Türkiye'de açlık ve yoksulluk sınır raporu

2025 Ocak Memur Maaşına Ek Zam ve Refah Payı: Ocak Ayında Memurlar Ne Kadar Zam Alacak?

Emekli Maaşına Zammı Müjdesi mi, Tartışma mı? Büyükşehir Zammı Gündemde!

Asgari ücretin 40.000-50.000 TL arası olması ve maaşlara refah payı için Liyakat Sen’den açıklama

Memur maaşlarına yüzde 10 zam + refah payı için sendikadan ilk açıklama

MEB’den 81 ilden farklı branşlarda öğretmenlere yeni eğitim

Öğretmenler yaz tatilinde eğitime alınıyor, öğretmenlere akademi eğitimi başlıyor

Başöğretmen Maaşlarına Yeni Zam Geliyor! Beklenen Zam Oranları ve Başöğretmen Maaşları

Öğretmenlerin yüzünü güldürecek maaş promosyonu anlaşması

Öğretmenlere MEB’den Sene Sonu Görevi

MEB'den Yaz Tatili Sürprizi Mi Geliyor? 2025-2026 Eğitim Takvimi Yayımlandı Ama Değişiklik Kapıda!

MEB'den Yeni Akademi Hamlesi: Uzman Öğretmen ve Başöğretmenlere Ders Saati Ücreti Belli Oldu!

Öğretmen Maaşla Ödüllendirme Şartları Değişti, Ortaya Yeni Bir Problem Çıktı

Öğretmen Ek Ders Ücretlerine Yeni Artış Geliyor

Öğretmenler 87.000 TL alacak! Memur Sen açıkladı

Sınıfta eğitime yıl sonuna kadar ara verildi! Görülen vaka milli eğitimi alarma geçirdi

Öğretmenlerden ek ders kesintisine son! İşte o önemli kara

Öğretmenlere ve milli eğitim personeline özel sıfır konut kampanyası! Sadece MEB personeli yararlanacak

İller Arası Yer Değişikliği Başvurularında Kararname Engeli!

Kurban Bayramı'na Sayılı Saatler Kala: Tüm İllerdeki Bayram Namazı Vakitleri Resmen Duyuruldu!

Hangi Branştaki Öğretmenler 22 Bin TL Ek Ders Alacak?

Akademide Tarihi Düzenleme! Üniversite Personeli İçin Kurumlar Arası Geçiş Resmen Hayata Geçiyor

Uzman ve Başöğretmenler İçin Yeni Zam Oranları

MEB'in Tatil Kararı Sonrası Velilerden "Erken Tatil" Formülleri: WhatsApp Grupları Hareketli!

Öğretmenlerden ek ders kesintisine son! İşte o önemli kara

Okul Öncesi Eğitimde Değişim: Branş Öğretmenleri Göreve Geliyor

Öğretmenler Yeni Müfredat İçin Anket Dolduracak!

Usulsüzlük Tespit Edilirse Ne Olacak? Öğretmenler İçin Yeni Denetim Süreci

Görsel Sanatlar Öğretmeni Ani Kalp Kriziyle Hayatını Kaybetti

İzmir’de Belediye İşçilerine Rekor Zam! Grev Sonlandı, İşte Detaylar

YKS’ye Daha Az Öğrenci Katılacak! İşte Yeni Başvuru Rakamları

Öğretmenler bayramda kurban kesemeyecek! MEB’den önemli adım bekleniyor

Halkbank’tan Öğretmenlere Rekor Destek! Promosyonda Yeni Dönem

Öğretmen Maaşlarına Temmuz Zammı! Yeni Tablolar Açıklandı

Ek ders ücreti ödemelerinin bütün günlere ödenmesi için MEB’de resmi yazı

Yükleniyor